Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 570,778 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.
Təkcə mart ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 205,768 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 15,4 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 1,1 % azalaraq 54,317 milyard ABŞ dollarına enib. 3 ay ərzində Türkiyədən ən çox ixrac 4 milyard 877 milyon ABŞ dolları olmaqla Almaniyaya (il ərzində 0,4 % artıb), 2 milyard 965 milyon ABŞ dolları olmaqla ABŞ-a (13,6 % azalıb) və 2 milyard 904 milyon dolları olmaqla İtaliyaya (5 % azalıb) həyata keçirilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub