Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya nazirinin müavini Kairat Torebayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla İqtisadiyyat Nazirliyinin tebeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, Qazaxıstan şirkətlərinin sənaye zonalarına investisiya yatırması, bu zonalarda istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub