05 aprel 2023 11:50
348

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Yaxın vaxtlarda Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bakıda Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının iclasında bildirib. 

O qeyd edib ki, görüşdə iştirak etmək üçün Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin Bakıya səfər edəcək.

Səfir yaxın zamanlarda iki ölkənin işgüzar şurasının iclasının da keçiriləcəyini də əlavə edib.