Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının Bakıda keçirilən iclasının yekunlarına dair iki ölkə arasında imzalanmış müqavilələrin ümumi dəyəri 52 milyon ABŞ dolları təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev bildirib.
“Yaxın iki gündə bu rəqəmin artacağını gözləyirik”, - o əlavə edib.
Xatırladaq ki, bu gün Bakıda Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, həmçinin akkumulyatorlar, transformatorlar, qida və qənnadı məmulatlarının tədarükünə dair müqavilələr imzalanıb.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir