05 aprel 2023 17:46
399

Milli Depozit Mərkəzindəki investor hesablarının sayı 120 mini keçib

Bu ilin I rübündə Milli Depozit Mərkəzində (MDM) investorlara 559 yeni hesab açılıb və hesabların sayı 120 182-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, yeni hesabların 549-u rezident, 10-u qeyri-rezident investorlara məxsus olub.

O cümlədən, yeni rezident hesablarının 518-i fiziki, 31-i hüquqi şəxslərə, yeni qeyri-rezident hesablarının isə 6-sı fiziki, 4-ü hüquqi şəxslərə məxsus olub.