06 aprel 2023 11:12
460

Dövlət büdcəsinə vergi daxilolmaları 75 faizə yaxın artıb

2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir bildirib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 mlrd. 618 mln. manat olub.

"Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlığını gücləndirir", - M.Cabbarov yazıb.