06 aprel 2023 11:55
359

Deputat Goranboyda şəhid ailələri ilə görüş keçirib - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Goranlı kəndində şəhid ailələri ilə görüşüb, şəhid İxtiyar Əliyevin anasını ad günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, deputat görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Anar Məmmədov onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmiş, eləcə də onları narahat edən bəzi məsələlər barədə danışaraq öz suallarını deputata ünvanlayıblar.

Sonda deputat bir daha şəhid ailələrinin üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmiş, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir.