25 iyul 2026 21:05
107

Hökməli qəsəbəsində avtomobildə yanğın baş verib

Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Avtoyuma məntəqəsi yanğından mühafizə olunub.