2023-cü ilin yanvar-mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,6 milyard dollara bərabər olub.
“İki sahil” xəbər verir ki, bu barədə AzərPress-ə Türkiyə Ticarət Nazirliyindən TurkicWorld-a bildiriblər.
“Bu ilin mart ayında Türkiyə 3,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 22,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 32,2 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub