Cari ilin yanvar ayı ərzində Azərbaycana 2 milyon 289.5 min dollar dəyərində 3177 ton banan idxal edilib.
“İki sahil” xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 19.3% və ya 760 ton, məbləğ baxımından isə 19.3% və ya 545.5 min dollar azalıb. Ötən ilin müvafiq dövründə ölkəyə 2 milyon 835.7 min dollar dəyərində 3937 ton banan gətirilib.
Qeyd edək ki, hesabat dövründə bananın bir kiloqramının orta idxal qiyməti 0.72 dollar( 1.22 AZN) təşkil edib.
Xatırladaq ki, bananın 100%-i Cənubi Amerika ölkəsi olan Ekvadordan idxal edilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub