Dünyada mayeləşdirilmiş təbii qazın (LNG) idxalı ilin sonuna qədər 4% və ya bir qədər çox artaraq, təxminən 416 mln. tona çata bilər.
Bu barədə “İki sahil” Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir.
“2023-cü ildə qlobal LNG idxalının ötən illə müqayisədə 4-4,5% (16-18 mln. ton) artaraq 416 milyon tona çatacağı proqnozlaşdırılır”, - hesabatda qeyd olunur.
LNG idxalındakı artımın əsas hissəsinin (13-15 mln. ton əlavə həcmlə) Çin və Hindistan altqitə və Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcəyi proqnozlaşdırılır.
Hesabatda deyilir ki, qlobal LNG idxalı keçən il Avropa idxalındakı artım sayəsində 6% (21 mln. ton) artaraq 399 mln. ton təşkil edib. Bu, Asiya Sakit Okean, Latın Amerikası və Karib hövzəsi ölkələri tərəfindən idxalın azalmasını kompensasiya edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub