Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2% təşkil edəcək. Bu isə Dünya Bankının 2023-ci ilin yanvar proqnozu ilə müqayisədə 0,6% azdır.
Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1% az, yəni 2,1% artacağını müəyyən edib. Hesabata görə, 2025-ci ildə isə Azərbaycanda real ÜDM-in artımı 2,6%-ə yüksələcək.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub