Bolqarıstan öz limanlarını Rusiyanın gəmiçilik reyestrindən sertifikat almış gəmilər üçün bağlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter" hesabında bildirib.
"Aprelin 8-dən etibarən Bolqarıstan öz limanlarını Rusiyanın gəmiçilik reyestrindən sertifikat almış gəmilər üçün bağlayır. Ölkə Aİ-nin sanksiyalarındakı boşluğu - xarici bayraqlarla üzən Rusiya gəmilərinin limanlara daxil olmasına icazə verən boşluğu bağlayır", Yermak bildirib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub