Dünya Bankı (DB) 2023-2025-ci illər üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. DB Azərbaycanda inflyasının 2022-ci ildəki 13,5%-dən 2023-cü ildə 8,5%-ə qədər azalacağını proqnozlaşdırıb. Bu isə Azərbaycan Mərkəzi Bankının gözləntilərinə yaxındır.
Belə ki, AMB-nin bu il üzrə inflyasiya proqnozu 8%-dir. Dünya Bankı həmçinin, 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. 2024-cü ildə bu rəqəm 6,2%, 2025-ci ildə isə 5,4% təşkil edəcək.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir