07 aprel 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində Arpaçay su anbarında gücü 20,5 MVt “Arpaçay-1” SES və gücü 1,4 MVt “Arpaçay-2” KSES istismara verilib.
Energetika Nazirliyindən “İki sahil"ə verilən məlumata görə, "Arpaçay-1" SES-də 2021-ci ildə 33,4 mln. kVt/saat, 2022-ci ildə 26,1 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 01 aprel tarixinədək stansiyada ümumilikdə 434 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Arpaçay-2” KSES-də isə 2021-ci ildə 0,9 mln. kVt/saat, 2022-ci ildə 0,8 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. İstismar edildiyi tarixdən cari ilin 01 aprel tarixinədək “Arpaçay-2” KSES-də elektrik enerjisi istehsalı 10,2 mln. kVt/saat təşkil edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir