Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 646,359 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,8 dəfə çoxdur.
“İki sahil” xəbər verir ki, ARDNF-dən verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 359,125 mln. ABŞ dollarına bərabər olub.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.04.2023 tarixinə) 128,166 mln. dollar olub, bu da həmçinin, 2 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin birinci rübündə ARDNF kondensatın satışından 62,494 mln. ABŞ dolları əldə etmişdi.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir