“Azərbaycan və Qazaxıstan arasında turizm sahəsində əməkdaşlıq daha fəal inkişaf etdirilməlidir”.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov deyib.
Onun sözlərinə görə, Qazaxıstandan Azərbaycana və əksinə mövcud turist axını kifayət qədər deyil və ölkələrin bu sahədəki potensialına uyğun gəlmir.
"Biz turizmin inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Astanadan Bakıya yeni reyslərin açılması və Azərbaycan Prezidenti İlham Əliyevin yaxın zamanda Qazaxıstana baş tutacaq səfəri münasibətlərimizin inkişafına yeni təkan verəcək”, - Y.Tukumov bildirib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub