Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.
“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri mayın 2-si, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 11-I, saat 18:00-a qədər agentliyin Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ("Çinar Plaza" İş Mərkəzi) ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə mayın 12-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub