Azərbaycan və Özbəkistan fermerləri fındıqçılıq sahəsində əməkdaşlıq edəcəklər
Bu barədə “İki sahil”ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qubada Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə Özbəkistanın “Uz Nuts” Qərzəkli Meyvə Bitkiləri İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini İlyos Haydarov arasında görüş keçirilib. Görüşdə fındıqçılıq sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
İnstitutun direktoru İlham Qaraqurbanlı özbəkistanlı mütəxəssisə Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, innovativ üsulla fındıq bağlarının salınması və institutun fındıqçılıq sahəsində gördüyü işlər barədə məlumat verib.
İ. Haydarov isə Özbəkistanda fındıqçılıq sahəsindəki çatışmazlıqlardan danışaraq, bu sahədə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün təkliflərini səsləndirib. Tərəflər fındıqçılıq sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.
Görüşdən sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi-Təcrübə Bazasının ərazisində yeni superintensiv texnologiya əsasında salınan fındıq bağına baxış keçirilib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir