İki ölkənin tranzit potensialının istifadəsinin gənişləndirilməsi üçün Azərbaycan Qazaxıstan ilə Orta nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclası zamanı Komissiyanın həmsədri Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bununla yanaşı Azərbaycan tərəfi Orta dəhlizin perspektiv hissəsi olan Zəngəzur dəhlizinin potensial tranzit imkanları çərçivəsində də əməkdaşlığın dərinləşməsi prosesinə hazırdır.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub