Bu ay Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşdə deyib.
"Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ölkələrimiz arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə Hökumətlərarası Komissiya vasitəsilə töhfələrimizi və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir əlavə edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub