07 aprel 2023 15:29
359

Saleh Məmmədov Göygöldə vətəndaşları qəbul edib- FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Göygöl rayonunda vətəndaşları qəbul edib.

“İki sahil”  agentliyə istinadən xəbər verir ki, qəbulda Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.