İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) aprelin 28-də Belqradda baş tutacaq Serbiya ilə Azərbaycan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası ilə əlaqədar sahibkarlara müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətdə deyilir ki, iclas çərçivəsində Agentliyin və Serbiyanın Ticarət və Sənaye Palatasının (CCIS) birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçiriləcək.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyənlər aprelin 17-nə qədər AZPROMO-ya müraciət edə bilərlər. Forumla bağlı bütün xərcləri iş adamları qarşılayacaq.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir