Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər. Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Bakıda keçirilən 19-cu iclasının gündəliyində duran məsələlərə toxunulub.
Tərəflər həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir