07 aprel 2023 19:00
349

Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb FOTO

Azərbaycan Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki,  Şuradan verilən məlumata görə, sənədi Mətbuat Şurasının sədri Rəşad Məcid və Mediasiya Şurasının İdarə Heyətini sədri Nadir Adilov imzalayıblar.

Sənədin imzalanması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasında hər iki qurumun təmsilçilərinin iştirakı ilə toplantı keçirilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, Anlaşma Memorandumunun məntinin hazırlanmasında iştirak etmiş Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Nadir Adilov tədbirdə çıxış ediblər.

Tədbirdə, həmçinin perspektiv əməkdaşlığın Anlaşma Memorandumunda nəzərdə tutulmuş müxtəlif istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək birgə fəaliyyətin əlaqələndirilməsi, növbəti təşəbbüslərin gerçəkləşdirilməsi üçün hər iki qurumdan koordinatorlar müəyyənləşdirilib.