2023-cü ilin birinci rübündə ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 24.3%-i təşkil etməklə 4 668.6 mln. manat, qeyri-ticari sektorda isə 75.7% təşkil etməklə 14 578.7 mln. manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artım müşahidə olunan fəaliyyət sahələrinin ümumi qeyri-ticari sektor üzrə daxilolmalarda payı 60.8%, azalma müşahidə olunan fəaliyyət sahələrinin payı isə 39.2% təşkil edib.
Qeyd edək ki, ötən ilin dördüncü rübü ilə müqayisədə cari ilin birinci rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksinin artım dinamikasında səngimə, qeyri-ticari sektor üzrə isə artım müşahidə edilib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub