İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər ölüb. Onların hamısı xarici turistlərdir. İtaliyadan gələn qonaq hücumun qurbanı olub. Üç turistin vəziyyəti orta ağırdır. Digər iki nəfər isə yüngül xəsarət alıb.
***
İsrailin Təl-Əviv şəhərində atışma olub.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb:
“Təl-Əviv sahilində terror aktı nəticəsində yeddi nəfər (ikisi ağır) yaralanıb”.
Məlumata görə, naməlum şəxs bir neçə piyadanı vurub, maşından düşüb, bir neçə nəfəri vurmağa cəhd edib, bundan sonra polis əməkdaşı onu zərərsizləşdirib.
Nazirlik hadisəni terror aktı kimi qiymətləndirib.