Endi Börnhemin Böyük Britaniyanın baş naziri olduğu ilk həftə ərzində La-Manş boğazı vasitəsilə ölkəyə təxminən min qanunsuz miqrant daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, iyulun 23-də La-Manş boğazını qanunsuz keçən 366 nəfər Britaniyaya çatıb. Onlardan 165-i eyni qayığa yerləşdirilib. Həmçinin ötən gün azı 200 nəfər ölkəyə keçib.
Ümumilikdə, 2026-cı ilin əvvəlindən La-Manş vasitəsilə Böyük Britaniyaya 13 500-dən çox qanunsuz miqrant gəlib.
Qeyd edək ki, iyulun 20-də Endrü Börnhem Böyük Britaniyanın yeni baş naziri olub. O, bu vəzifədə istefa verən Kir Starmeri əvəz edib.