08 aprel 2023 08:26
444

Yaponiyada tapılan qalıqlar “Qara şahin”ə aid ola bilər

Yaponiyada hərbi helikopterin qalıqları tapılıb.

“İki sahil” xəbər verir ki, bu qalıqların dünən anidən radarlardan itən “UH60” hərbi helikopterinə aid olduğu ehtimal edilir.

Göyərtəsində 10 nəfərin olduğu Yaponiya hərbi helikopterinin Okinava bölgəsində dənizə düşdüyü təxmin edilir. Belə ki, axtarış-xilasetmə əməliyyatları zamanı dənizdə helikopterin hissələri olduğu düşünülən qalıqlar aşkarlanıb. Dənizdə neft izləri və rotor qanadına aid ola biləcək hissələr tapılıb.

Bu barədə yaponiyalı general Yasunori Morişita Tokioda jurnalistlərə məlumat verib. “Biz havada qəzanın baş verdiyinə inanırıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, dünən günorta saatlarına Yaponiyaya məxsus “Black Hawk” (“Qara şahin”) kimi tanınan “UH60” helikopteri Miyako adası yaxınlığında radarların ekranlarından itib.