08 aprel 2023 08:30
817

Kanadada buz fırtınası iki nəfərin həyatına son qoyub

Kanadanın Kvebek və Ontario şəhərlərində buz fırtınası baş verib.

“İki sahil” xəbər verir ki, külək ağacları aşırıb, elektrik xətlərini zədələyib, avtomobillərə və evlərə ciddi zərər vurub.

Kanada KİV-i buz fırtınasının iki nəfərin həyatına son qoyduğunu yazıb.

Hər iki şəhərin rəhbərliyi sakinlərə müraciət edərək zərurət olmadığı halda evdən küçəyə çıxmamağı tövsiyə edib.