Azərbaycanın Dünya Bankı və Avropa Komissiyası ilə gələcək əməkdaşlığı Azərbaycanın 2026-cı ilə qədər sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, bu beynəlxalq qurumlar müvafiq əməkdaşlıq strategiyasının hazırlanması üzərində işləyirlər.
"Hazırda Dünya Bankı yaxın 2-5 il üçün Azərbaycanla bağlı müvafiq strategiya hazırlayır. İqtisadi və investisiya əməkdaşlığı çərçivəsində layihələr Avropa Komissiyası ilə müzakirə olunur”, - deyə o bildirib.
Əsgər Ələkbərov bildirib ki, DB və Avropa Komissiyası ilə iki ayrı razılaşma əldə olunacaq.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub