Danimarkanın Helsingor şəhərində Avropa Parodontologiya Federasiyasının Baş Assambleyası keçirilib.
“İki sahil” xəbər verir ki, 37 ölkə nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkəmiz Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, parodontoloq Cavid Əhmədbəyli təmsil edib.
Baş Assambleyanın gündəliyində əsas məsələlərindən biri federasiyanın 2026-cı ildə keçiriləcək növbəti konfransla əlaqədar olub. Konfransa ev sahibliyi etməyə Bakı və Finlandiyanın paytaxtı Helsinki şəhərləri namizəd idi. Həmyerlimiz konfransda Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə hazırlanan təqdimatında Bakı şəhərinin işgüzar tədbirlər üzrə potensialı ilə bağlı nümayəndələrə ətraflı məlumat verib.
Beynəlxalq konfransın 2026-cı il martın 6-7-də Bakı Konqres Mərkəzində keçirilməsi Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrinin gizli səsverməsi ilə təsdiq edilib.