08 aprel 2023 17:37
453

Ekoaksiya: Laçın istiqamətinə gedən BQXK-ya məxsus avtomobillər geri qayıdıb

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

“İki sahil” xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus bir yük, doqquz minik avtomobili bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 118 gündür davam edir.