08 aprel 2023 18:24
347

TƏBİB-in dəstəyilə “Heydər Əliyev İli” çərçivəsində ucqar kəndlərdə səyyar müayinələr təşkil olunub

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq TƏBİB-in tabeliyindəki Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ucqar kəndlərin sakinləri üçün səyyar müayinələr təşkil olunub.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 3-7 aprel tarixlərində Şamaxı rayonunun ucqar kəndlərində baş tutan müayinələrdə tibb müəssisəsinin həkim-terapevtləri və həkim-pediatrları iştirak edib. Ümumilikdə 350 nəfər həkim müayinəsinə cəlb edilib, müayinə edilən 21 nəfərdən müvafiq qan nümunələri götürülüb.

Eyni zamanda müayinələr zamanı tibb müəssisəsinin əməkdaşları tərəfindən vətəndaşların maarifləndirilməsi də həyata keçirilib. Belə ki, mütəxəssislər ümumilikdə 450 vətəndaşa süd vəzisinin müayinəsinin, peyvəndləmənin önəmləri, sağlam qidalanma və sağlam həyat tərzi mövzularında məlumat veriblər.