09 aprel 2023 16:10
492

Kiyev Rusiyanın müharibə itkilərini açıqladı

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 178 150 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 636 tank, 7 024 zirehli maşın, 2 740 artilleriya sistemi, 533 reaktiv yaylım atəşi sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 292 helikopter, 2 312 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 602 avtomobil texnikası və avtosistern, 309 xüsusi texnikadan ibarətdir.