Azərbaycanda son sutkada koronavirus (COVID-19) 115 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 72, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, “buster” doza ilə peyvənd olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.