Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 191,5 milyon manat təşkil edib.
“İki sahil” Mərkəzi Banka istinadla xəbər verir ki, ən çox artım balıqçılıq (14,7 dəfə) və balıqyetişdirmə (4,5 dəfə) qruplarında olub, artıma töhfə əsasən birillik bitkilərin becərilməsi (48,5 milyon manat), heyvandarlıq (22,5 milyon manat) və kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi (8,9 milyon manat) qruplarından irəli gəlib. Ağac tədarükü (-85,4 faiz), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20,8 faiz) və bitkilərin çoxaldılması (-20,7 faiz) qruplarında isə azalma qeydə alınıb.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub