Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektlərinin haqsız rəqabətə yol verməsi barədə 34 müraciətə baxıb.
“İki sahil” xəbər verir ki, bunu qurumun rəisi Məmməd Abbasbəyli "Tviter" hesabında bildirib.
Onun sözlərinə görə, 13 müraciət üzrə tələblər təmin edilib, 7 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 14 müraciət üzrə isə araşdırma davam edir.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir