Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun bir qrup sakinləri ilə görüş keçirib, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi münasibətilə onları təbrik edib. Görüşdə rayon ağsaqqalları və ziyalıları, “Azəriqaz” İB-in regional qaz idarəsinin rəisi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
“İki sahil” xəbər verir ki, sakinlər də rayona göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onu qeyd edək ki, 59-cu məhəllə adlanan yaşayış massivində 70 abonentin qaz xətti ilə təmin olunması məsələsi öz həllini tapıb.