Bu ilin I rübündə xarici ölkələrə təyyarə ilə səfər edən Rusiya vətəndaşlarının 13,3 %-i Azərbaycana gəlib.
“İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Rusiya vətəndaşlarının aviareyslərlə ən çox səyahət etdiyi ölkələr isə Tacikistan (14,5 %) və Özbəkistan (14,2 %) olub.
Rusiyadan MDB ölkələrinə aviabiletlərin orta qiyməti 22 385 rubl və yaxud təxminən 275 ABŞ dolları təşkil edib. Ruslar MDB üzvü olmayan Asiya ölkələrinə orta hesabla 48 344 rubla (təxminən 595 ABŞ dolları), Avropaya isə 61 169 rubla (753 ABŞ dolları) uçublar.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub