Bərdə şəhərində “SOCAR PETROELUM” QSC-yə məxsus “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Şirkətdən "İki sahil"ə verilən məlumata görə, Bakı küçəsində istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. “Aİ-92”, “Aİ-95” Premium, “Dizel” və LPG (maye neft qazı) markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDS-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.
Qeyd edək ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 24 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.
Bərdədə fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 47-yə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.
“SOCAR PETROELUM” QSC-nin starateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayının artırılması gözlənilir.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir