Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi iləuğurla reallaşdırılan dövlət siyasəti bütün sahələrinparalel inkişafını hədəfləyir. Azərbaycanın dinamikinkişafını şərtləndirən mühüm məqamlardan biri dərespublikamızın regionlarının sosial-iqtisadi inkişafısahəsində əldə olunan nailiyyətlərdir. Bu istiqamətdəDövlət proqramlarının uğurla icrası regionlarınhəyatında tamamilə yeni müsbət mənzərəninyaranmasını təmin edib, bu gün regionlar ölkəmizininkişafının mühüm lokomotivi kimi çıxış edir.Beynəlxalq standartlara cavab verən bugünkümagistral yollarımız ölkəmizin simasını başdan-başadəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətiniartıran bu yollar indi Avropa ölkələrinin yollarındanheç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarınıntikintisi və yenidən qurulması işlərinin həcmi ilbəilartır.
Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 28 dekabr tarixli sərəncamı da respublikanın avtomobilyolları təsərrüfatında qarşıya çıxan iqtisadi və texnikiməsələlərin operativ həllinə güclü təkan vermişdir. Bu sərəncamın imzalandığı vaxtdan keçən qısa dövrərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, küçə və prospektlər tikilmiş, habelə yenidən qurulubtəmir olunmuşdur. Ümumi istifadədə olan avtomobilmagistrallarında və Bakı şəhərindəki yollarda 26 yenivə müasir tipli körpü və 8 piyada keçidi tikilibistifadəyə verilmişdir. Dövlət başçısı yolinfrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsiilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək busahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsənmaraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərlitapşırıq və tövsiyələrini vermişdir.
Şəki-Zaqatala iqtisadi rayonu üzrə
Yaradılmış iqtisadi rayonlar içərisində öz iqtisadi-coğrafi mövqeyinə, əhalisinin etnik tərkibinə, eləcə də kitabxana-informasiya infrastrukturunun yerləşmə vəziyyətinə görə xüsusilə fərqlənən regionlardan biri Şəki-Zaqatala İqtisadi regionudur. Bu iqtisadi regionun tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları daxildir.Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş şəhəri Şəkidir.İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min kv.km olmaqla ölkə ərazisinin 10,3%-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir. İqtisadi rayon inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Avtomobil nəqliyyatı inkişaf etmişdir. Əsas yol Yevlax-Balakən şossesi və 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmir yoludur. Balakənin Bakı ilə hava nəqliyyatı əlaqəsi var.
1)Balakən
Prezident İlham Əliyev 3 avqust 2017-ci ildə Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il istifadəyə verilməsi nəzərdə tutulan və kəndlərarası 40 avtomobil yolu layihələrindən biri olan Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24,5 kilometr, eni isə 10 metrdir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə inşa edilib. İki hərəkət zolaqlı yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.Tikinti işləri zamanı yolboyu zəruri olan yerlərdə yararsız qrunt təbəqəsi qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək bərkitmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Daha sonra yolun 150 min kvadratmetr sahəsinə ikiqat asfalt-beton örtük döşənib. Layihə çərçivəsində yol boyunca 14 suötürücü boru və uzunluğu 18, eni isə 7 metr olan körpü tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.Diqqətə çatdırıldı ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
2)Qax
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il avqustun 3-ündə Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9,5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən AlatəmirMarsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.
Həmçinin eyni tarixdə Qorağan-Qax-Zaqatalaavtomobil yolunun Qorağan-Qax hissəsinin açılışı olub.
Prezident İlham Əliyev Qaxa növbəti səfərində Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışını edib.(28 oktyabr 2018-ci il)
Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyuyaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-ZaqatalaGürcüstan ilə dövlət sərhədi yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
3)Qəbələ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il sentyabrın 22-də Mirzəbəyli-Çuxur QəbələDizaxlı-Çarxana avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 14,2 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəlidir. Tikinti işləri zamanı yolun Qaraçay üzərində olan hissəsində iki körpü inşa olunub. Bundan başqa, yol boyunca suötürücülər və avtobus dayanacaqları tikilib. Bu yolun əhəmiyyətini artıran ən mühüm amil onun 8 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edəcəklər.
Həmçinin,2016-cı il avqustun 10-da Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-TüntülYengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan yolun uzunluğu 12,2 kilometr, eni 6 metrdir.Torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Yenidənqurma işləri zamanı yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yenidən kipləşdirilib və yola yeni asfalt-beton örtüyü döşənib. Səth sularının avtomobil yolunun altından ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəz edilib, yeni su keçidləri inşa olunub.
Ümumilikdə uzunluğu 113 metr olan 12 suötürücü boru tikilib və təmir olunub. Yolun Tüntül kəndi ərazisində dəmir-beton körpü inşa edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə avtobus dayanacaqları tikilib, yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri həyata keçirilib.Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışı təmin edir, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradır.
4)Şəki
2015-ci il noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatalaavtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub. Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.Diqqətə çatdırıldı ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2018-ci il oktyabrın 29-da Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.
5)Zaqatala
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 4-də Zaqatala-Danaçı-AşağıÇardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuşPrezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb.Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir.Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt-beton örtüyü döşənib.Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək. Həmçinin Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri həyata keçirilmişdir.
Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkəninhəyatında oynadığı müstəsna rolun əhəmiyyətinidiqqətə çatdıran möhtərəm dövlət başçımız öz səmərəlifəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat, müasir yol şəbəkəsi təqdim edir. Bu yollarrespublikamızı, həm də daha yüksək zirvələrə aparır, onun inkişafının dönməzliyini şərtləndirir.
Nuridə Həsənova
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir