10 aprel 2023 12:47
336

Ağdamda 10 milyon manatlıq ayaqqabı fabriki açılacaq

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.

“İki sahil” xəbər verir ki, Sənaye parkında yeni rezident BAFCO İnvest MMC tərəfindən investisiya həcmi 10 mln. manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək.