Kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Sarvan Cəfərov aprelin 13-də, saat 09:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər adı çəkilən DAİM-ə (050-544-74-94) müraciət edə, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng edərək qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub