“Microsoft” şirkəti Qazaxıstanda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək multiregional hab açmağı planlaşdırır.
“İki sahil” “Sputnik-Kazakhstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu məsələ rəqəmsal inkişaf naziri Baqdat Musin və “Microsoft” şirkətinin Qazaxıstan üzrə baş direktoru Sergey Leşşenko arasında ikitərəfli görüş zamanı müzakirə olunub.
"Microsoft”un fəaliyyətinin lokallaşdırılması Qazaxıstana regional miqyasda texnologiyalar və qabaqcıl həllər üçün cazibə mərkəzinə çevrilməyə imkan verəcək”, - Musin qeyd edib.
Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub