Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 37,6 faiz azalaraq 25,6 milyon dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Mart ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 48,9 faiz azalaraq 8,95 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 8,6 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 3,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 22,8 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 32,2 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir