İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, Dövlət Neft Şirkəti (SOCAR) və "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin birgə müəssisəsi - "SOCAR-STP" MMC ölkədə ilk dəfə stasionar dəniz platforma kranının istehsalına başlayıb.
“İki sahil” xəbər verir ki, bu gün bır sıra dövlət qurumlarının, şirkət əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.
Mərasimdə kranın iş prosesi qonaqlara nümayiş etdirilərək layihə barədə ətraflı məlmat verilib. Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında hazırlanıb və onun platformalarında istifadə ediləcək.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir