Rusiyanın ən böyük bankı hesab edilən "Sberbank" 2023-cü ilin birinci rübündə 350,2 milyard rubl xalis mənfəət əldə edib.
"İki sahil" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, bu məbləğ bütün 2022-ci ilin mənfəətini üstələyir. Təkcə mart ayında isə "Sberbank"ın mənfəəti 125,3 milyard rubl təşkil edib.
Bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən bu ilin yanvar-mart aylarında 22,4% artaraq 517,1 milyard rubla, mart ayında isə 32,9% artaraq 180,6 milyard rubla, komissiya gəlirləri 14,4% artaraq 156,4 milyard rubla, təkcə mart ayı üzrə isə 15,3% artaraq 59,7 milyard rubla çatıb.
Hesabat dövründə bankın əməliyyat xərcləri 171,5 milyard rubla bərabər olub ki, bu da bir il əvvələ nisbətən 16,4% çoxdur. Nəticədə bankın xərc-gəlir nisbəti 22,2% təşkil edib.
"Sberbank"ın cəmi kapitalı isə bu il aprelin 1-nə 5 625 milyard rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayidə 1,3% çoxdur.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir