Pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləği 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7% artaraq 47,1 mln. manata, 2021-ci ildə isə 82% artaraq 53,7 mln. manata yüksəlib.
“İki sahil” Hesablama Palatasına istinadən xəbər verir ki, pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə müqayisədə, müvafiq olaraq 3,4% və 14,9% azalıb. Belə ki, pambığın məhsuldarlığı 2019-cu il üzrə 29,5 sentner/hektar, 2020-ci il üzrə isə 33,5 sentner/hektar olub. Eyni zamanda, pambığın ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287 min ton olmaqla əvvəlki iki ilin müvafiq göstəricilərinə nisbətən (2019-cu il üzrə 295,3 min ton, 2020-ci il üzrə 336,8 min ton), müvafiq olaraq 2,8% və 14,8% azalıb.
Qeyd edək ki, bu göstəricilər pambıqçılıq sahəsinə yönələn resursların nəticəliliyinin qeyri-adekvat inkişaf etdiyini göstərir.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir