Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsinin Təsərrüfat hesablı Baza Sənaye Kombinatı ləğv olunduğunu elan edib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi küçəsi, ev 20 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Baza Sənaye Kombinatı 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ələşrəf Ələskər oğlu Hacıyevdir.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir